İtaliyalı futbolçu bütün UEFA turnirlərində qalib olmaqla tarixə düşüb
Futbol
- 08 iyun, 2023
- 07:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya millisinin futbolçusu Emerson Palmyeri tarixə düşüb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi bütün UEFA turnirlərində qalibi olan yeganə oyunçudur.
Palmyeri son olaraq ötən gün İngiltərənin "Vest Hem" klubunun heyətində UEFA Konfrans Liqasını qazanıb. London təmsilçisi finalda İtaliya "Fiorentina"sını 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Emerson Palmyeri 2019-cu ildə İngiltərə təmsilçisi "Çelsi" ilə Bakıda UEFA Avropa Liqasının, iki il sonra Çempionlar Liqasının və UEFA Super Kubokunun, həmin il İtaliya yığması ilə qitə çempionatının qalibi olub.
Son xəbərlər
12:49
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Maliyyə
12:48
Energetika Nazirliyi və SOCAR "Energy & AI" hakatonu təşkil edir
Energetika
12:46
Foto
Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Xarici siyasət
12:42
Foto
Bakıda Qafqaz Media Forumu keçirilib
Media
12:41
Taleh Kazımov: "AMB-nin prudensial tələbləri beynəlxalq standartlarla müqayisədə yumşaqdır"
Maliyyə
12:41
"AzərEnerji" ixrac gəlirlərini 53 %-dən çox artırıb
Energetika
12:39
İRİA: Startapların əsas problemlərindən biri maliyyəyə əlçatanlığın artırılmasıdır
İKT
12:39
Arzu Nağıyev: Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir
Milli Məclis
12:39
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası azaldılıb
Hadisə