İsveçli futbolçu: “Azərbaycanla oyunda qırmızı vərəqə almadığım üçün sevindim”

İsveçli futbolçu: “Azərbaycanla oyunda qırmızı vərəqə almadığım üçün sevindim” “Azərbaycanla oyunda qırmızı vərəqə almadığım üçün sevindim”.
Futbol
28 Mart , 2023 16:57
İsveçli futbolçu: “Azərbaycanla oyunda qırmızı vərəqə almadığım üçün sevindim”

“Azərbaycanla oyunda qırmızı vərəqə almadığım üçün sevindim”.

“Report” xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Viktor Dyekereş Azərbaycan millisinə 5:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunu zamanı Emin Mahmudova qarşı kobudluq etdiyi epizodla bağlı danışarkən deyib.

Stokholmdakı qarşılaşmanın 24-cü dəqiqəsində top uğrunda mübarizə zamanı təpiklə "Neftçi"nin yarımmüdafiəçisinin qarnına vuran 25 yaşlı hücumçu fransalı baş hakim Stefani Frapparın qərarından razılıq bildirib: “İndiyə qədər heç vaxt oyun vaxtı kiminsə qarnına təpiklə vurmamışam. Hakimin epizodu sarı vərəqə kimi dəyərləndirməsi gözəl idi. Ancaq topa müdaxilə etmək istəyərkən rəqibi görmürdüm. Düzü, VAR-a baxılmasından narahat idim”.

Qeyd edək ki, Viktor Dyekereş görüşün 79-cu dəqiqəsində İsveç seçməsinin 3-cü qoluna imza atıb.

Son xəbərlər

Orphus sistemi