İsveç yığmasının heyətində dəyişiklik edilib
Futbol
- 19 mart, 2023
- 13:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AVRO-2024-ün seçmə mərhələsində ilk iki oyununu Belçika və Azərbaycan millilərinə qarşı keçirəcək İsveç yığmasının heyətində dəyişiklik edilib.
“Report”un yerli futbol assosiasiyasına istinadən məlumatına görə, müdafiəçi Joel Andersson iştirak ərizəsindən çıxarılıb.
Buna səbəb Danimarkanın “Midtyullann” klubunun futbolçusunun ölkə çempionatının XXI turunda “Lyunqbyu” (1:3) ilə görüşdə zədələnməsi olub. Baş məşqçi Yanne Andersson onun əvəzinə Polşanın “Poqon” klubunda çıxış edən Linus Valkvistə dəvət göndərib.
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.
Son xəbərlər
01:44
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
Futbol
01:19
Azərbaycanın qadın basketbol millisi İslandiyaya məğlub olub
Komanda
01:10
Apple xidmətlərində yaranan nasazlığın səbəbini açıqlayıb
İKT
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya
00:03
Foto
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib
Hadisə
23:54
MEE: ABŞ HHM sahəsində Səudiyyə Ərəbistanına kömək edəcək
Digər ölkələr
23:49
SEPAH: Hörmüz boğazında bir gündə üç gəmi partlayıb
Region
23:28
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
Digər ölkələr
23:21
Rusiya Ermənistanın dəmir yolu şəbəkəsinin inkişafı ilə bağlı qiymətləndirmələrini təqdim edib
Region