"Qəbələ" İsrail klubundan nə istəyir?

"Qəbələ" İsrail klubundan nə istəyir? "Qəbələ" klubu futbolçusu Ceyms Adeniyinin keçidi ilə bağlı İsrailin "Hapoel" (Kiryat-Şimona) klubu ilə danışıqları davam etdirir.
Futbol
7 Yanvar , 2021 11:49
Qəbələ İsrail klubundan nə istəyir?

"Qəbələ" rəhbərliyi komandanın futbolçusu Ceyms Adeniyinin İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna mümkün keçidi ilə əlaqədar danışıqları davam etdirir.

Bu barədə "Report"a "qırmızı-qaralar"ın baş meneceri Zaur Əzizov məlumat verib.

Klub rəsmisi bildirib ki, məsələnin yekunlaşmaq üzrə olduğunu bildirib. Lakin onun sözlərinə görə, "Qəbələ" ilə bağlı bəzi detallar var: "Hazırda bu istiqamətdə danışıqlar davam edir. Görünən odur ki, Adeniyi komandada qalmayacaq və danışıqlar istədiyimiz kimi yekunlaşacaq".

Əzizov "Hapoel"in təklifi "Qəbələ"ni qane edirmi" sualına belə cavab verib: "Hazırda bununla bağlı danışıqlar gedir. Ona görə də məsələ hələ ki, yekunlaşmayıb".

Qeyd edək ki, 2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var. Nigeriyalı forvard 2018-ci ildə Azərbaycan komandasına qayıdıb.

Son xəbərlər

Orphus sistemi