İspaniya La Liqasında ən çox oyun keçirən baş məşqçilər bəlli olub

İspaniya La Liqasında ən çox oyun keçirən baş məşqçilər bəlli olub Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İspaniya La Liqasında ən çox oyun keçirən baş məşqçilərin adlarını açıqlayıb.
Futbol
7 Mart , 2023 18:58
İspaniya La Liqasında ən çox oyun keçirən baş məşqçilər bəlli olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İspaniya La Liqasında ən çox oyun keçirən baş məşqçilərin adlarını açıqlayıb.

“Report” qurumun saytına istinadən xəbər verir ki, siyahıya Dieqo Simeone başçılıq edir.

Hazırda Madrid "Atletiko"suna rəhbərlik edən argentinalı mütəxəssis 2011-ci ildən bəri komandanı ölkə çempionatında 426 oyuna çıxarıb. O, bütün rəsmi görüşlərdə isə “Atletiko”ya 613 qarşılaşmada rəhbərlik edib ki, bu baxımdan da rekordçudur.

Simeonenin Madrid klubundakı fəaliyyətini davam etdirdiyini nəzərə alsaq, hər iki sahədə öz rekordunu daha da yaxşılaşdıracağını söyləmək olar.

Məşqçi

Ölkəsi

Komandası

Müddət

Oyun sayı

1

Dieqo Simeone

Argentina

“Atletiko”

2011-

426

2

Migel Munyos

İspaniya

“Real Madrid”

1959-1974

424

3

Luis Araqones

İspaniya

“Atletiko”

1974-2003

407

4

Con Toşak

Uels

“Real Sosyedad”

1985-2002

322

5

Yohan Kroyff

Niderland

“Barselona”

1988-1996

300

6

Viktor Fernandes

İspaniya

“Saraqosa”

1991-2020

276

7

Xavyer İrureta

İspaniya

“Deportivo”

1998-2005

266

Son xəbərlər

Orphus sistemi