İspaniya La Liqası: “Real” və “Atletiko” heç-heçə edib

İspaniya La Liqası: “Real” və “Atletiko” heç-heçə edib İspaniya La Liqasının XXIII turunda "Real Madrid" doğma meydanda "Atletiko" ilə 1:1 hesablı heç-heçə edib.
Futbol
8 fevral 2025 23:03
İspaniya La Liqası: “Real” və “Atletiko” heç-heçə edib

İspaniya La Liqasının XXIII turunda "Real" doğma meydanda "Atletiko" ilə 1:1 hesablı heç-heçə edib.

"Report"un məlumatına görə, görüş Madriddə "Santyaqo Bernabeu" stadionunda baş tutub.

"Real"ın heyətində 50-ci dəqiqədə Kilian Mbappe fərqlənib. "Atletiko"nun qolunu Xulian Alvares 35-ci dəqiqədə penaltidən vurub.

Komandalar tarixdə 238-ci dəfə qarşılaşıblar. 63 görüş heç-heçə başa çatıb, “Real” 116, “Atletiko” 59 dəfə güclü olub. “Real” 2016-cı il fevralın 27-də "Atletiko"nun 1:0 hesablı qələbə qazandığı vaxtdan evdə "Atletiko"ya uduzmur.

İspaniya çempionatının turnir cədvəlinə 50 xalla "Real" başçılıq edir. “Atletiko” 49 xalla ikincidir. Növbəti oyunda “Real” fevralın 15-də səfərdə “Osasuna” ilə qarşılaşacaq, “Atletiko” isə həmin gün “Selta”nı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi