İqor Ponomaryov: "Qarabağ" cəbhədəki qəhrəmanları da sevindirəcək"

İqor Ponomaryov: "Qarabağ" cəbhədəki qəhrəmanları da sevindirəcək" İqor Ponomaryov: "Qarabağ" qələbəsi ilə cəbhədəki qəhrəmanları da sevindirəcək" "Prezidentimizi tam dəstəkləyir və Ordumuzun qələbələrinə sevinirəm. Azərbaycan məmin vətənimdir".
Futbol
1043
5 Noyabr , 2020 13:55
İqor Ponomaryov: Qarabağ cəbhədəki qəhrəmanları da sevindirəcək
İqor Ponomaryov

"Prezidentimizi tam dəstəkləyir və Ordumuzun qələbələrinə sevinirəm. Azərbaycan məmin Vətənimdir".

Bu fikirləri "Report"a açıqlamasında "Sabah" klubunun Müşahidə Şurasının üzvü, olimpiya çempionu İqor Ponomaryov Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib.

Veteran futbolçu bildirib ki, torpaqların işğal altında qalması hər bir azərbaycanlı kimi ona da pis təsir edib: "Bu, mənim üçün də ağır idi. Tamamilə Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyam".

O, Azərbaycana feysbuk sosial şəbəkəsində paylaşdığı məlumatlarla dəstək verdiyini söyləyib: "Dağlıq Qarabağdakı vəziyyəti anlamayanlara bu yolla çatdırıram ki, Azərbaycan öz ərazisində döyüşür və torpaqlarını azad edir".

"Sabah"ın ölkə çempionatındakı çıxışı barədə danışmaq istəməyən Ponomaryov bunun etik cəhətdən doğru olmadığını vurğulayıb: "Təəssüf ki, komanda ilə bağlı suallarınıza cavab verə bilməyəcəyəm. Çünki Müşahidə Şurasında yer alıram. Klubun siyasətini və baş məşqçinin işini müzakirə etmək düzgün olmaz".

60 yaşlı mütəxəssis "Qarabağ"ın UEFA Avropa Liqasının I qrupunda III turun bu gün Türkiyədə "Sivasspor"la keçirəcəyi oyununa da toxunub: "Yeganə istəyim "Qarabağ"ın qələbə qazanmasıdır, Düşünürəm ki, hər iki komanda eyni gücdədir. Ağdam klubu "Vilyarreal"a qarşı pis oynamadı. Həmin matçda futbolçular fəal idilər və yaxşı oyun keçirdilər. Bu əhval-ruhiyyə ilə çempionatda "Keşlə"ni böyük hesabla məğlub etdilər. "Sivasspor"la görüşü də belə keçirsələr, qələbə bizim olacaq. Onlar bu qalibiyyətlə cəbhədəki qəhrəmanlarımızı da sevindirəcəklər. Hamıya uğurlar arzu edirəm".

Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi