“İnter” İtaliya Kubokunun qalibi olub

Futbol
  • 24 may, 2023
  • 21:39
“İnter” İtaliya Kubokunun qalibi olub

"İnter" İtaliya Kubokunun finalında "Fiorentina"nı məğlub edib.

“Report” xəbər verir ki, Romadakı "Olimpiko" stadionunda keçirilən görüş 2:1 hesabı ilə Simon İnzaqinin yetirmələrinin xeyrinə başa çatıb.

Florensiyalılar Nikolas Qonzalesin qolundan sonra artıq üçüncü dəqiqədə önə keçiblər. Lakin ilk hissə bitməmiş, Lautaro Martinezin dubl edib.

"İnter" 2021/22 mövsümündə də İtaliya Kubokunun qalibi olub və beləliklə, turnirin ən yaxşı klubu adını qoruya bilib. Bu, onun doqquzuncu kubokudur.

"İnter" 1939-cu, 1978-ci, 1982-ci, 2005-ci, 2006-cı, 2010-cu, 2011-ci və 2022-ci illərdə kuboku qazanıb.

"İnter" A Seriyasında 36 turdan sonra 66 xalla üçüncü pillədə qərarlaşıb. “Napoli” 86 xalla liderdir və artıq liqa çempionluğunu təmin edib, ikinci yerdə isə 68 xalla “Latsio” gəlir.

Son xəbərlər

Bütün Xəbər Lenti