"İnter"in futbolçusu Çempionlar Liqasında yeni nailiyyətlərə imza atıb
Futbol
- 01 may, 2025
- 11:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "İnter" komandasının futboçusu Denzel Dyumfris UEFA Çempionlar Liqasında (ÇL) yeni nailiyyətlərə imza atıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi buna "Barselona"ya qarşı yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub.
O, Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində bu raundda iki qol vuran ilk oyunçudur. Bundan əlavə, Dyumfris ÇL-də bir qarşılaşmada "Barselona"nın qapısına iki dəfə yol tapan ilk müdafiəçidir.
Qeyd edək ki, "Barselona" - "İnter" matçı 3:3 hesabı ilə bitib. Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Son xəbərlər
08:56
Yaponiya silah istehsalını iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevirmək istəyir
Digər ölkələr
08:54
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
Energetika
08:40
OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
Biznes
08:21
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb
Digər ölkələr
08:10
Axios: Respublikaçıların məğlubiyyəti İranla müharibənin yenidən başlamasına səbəb ola bilər
Digər ölkələr
07:42
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Biznes
07:15
Rubio Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə İrandakı vəziyyəti müzakirə edib
Digər ölkələr
06:36
Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib
Digər ölkələr
06:12
"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
Digər ölkələr