İngiltərənin "Çelsi" klubu Avropa Super Liqasından çıxmağa hazırlaşır.
"Report" BBC-yə istinadən xəbər verir ki, London təmsilçisi bu məqsədlə müvafiq sənədləri hazırlayır.
Buna yerli azarkeşlərin narazılığı səbəb olub. Təqribən minə yaxın fanat "Brayton"la XXXII turun ev oyunu öncəsi "Stemford Bric" stadionunun qarşısına toplaşaraq, "zadəganlar"ın Superliqa turnirində iştirakına sərt reaksiya veriblər.
"Çelsi" ilə yanaşı, ölkənin digər klubu olan "Mançester Siti"nin də turniri tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl "Mançester Siti" və "Çelsi"dən başqa, İngiltərənin “Mançester Yunayted”, “Tottenhem”, “Liverpul” və “Arsenal” klubları, həmçinin İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” komandaları Avropa Super Liqasında iştirakını təsdiqləyib.