İngiltərədə daha 6 futbolçunun adı Şöhrət Zalına daxil edilib

Futbol
  • 21 aprel, 2022
  • 08:14
İngiltərədə daha 6 futbolçunun adı Şöhrət Zalına daxil edilib

İngiltərədə daha 6 veteran futbolçunun adı Premyer Liqanın Şöhrət Zalına daxil edilib.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, bunlar danimarkalı Peter Şmeyxel, Kot d İvuardan olan Didye Droqba, argentinalı Serxio Aquero, belçikalı Vensan Kompani, ingiltərəli Pol Skoulz və İan Raytdır.

Qeyd edək ki, Premyer Liqanın Şöhrət Zalı 2021-ci ildə təsis olunub.

44 - Tezliklə