İngiltərə Premyer Liqasında mövsümün simvolik komandası açıqlanıb

İngiltərə Premyer Liqasında mövsümün simvolik komandası açıqlanıb “Goal” nəşri İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün simvolik komandasını tərtib edib.
Futbol
27 May , 2023 13:47
İngiltərə Premyer Liqasında mövsümün simvolik komandası açıqlanıb

“Goal” nəşri İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün simvolik komandasını tərtib edib.

“Report” xəbər verir ki, rəmzi “11-liy”ə dörd komandanın oyunçuları düşüblər.

Çempion “Mançester Siti”nin 4, ikinci pillədəki “Arsenal”ın 3 üzvü simvolik komandada yer alıb. Həmçinin, “Nyukasl” və “Mançester Yunayted” də hərəyə 2 futbolçu ilə təmsil olunublar.

Qapıçı: Nik Poup (“Nyukasl”);

Müdafiəçilər: Kiran Trippier (“Nyukasl”), Vilyam Saliba (“Arsenal”), Lisandro Martines (“Mançester Yunayted”), Natan Ake (“Mançester Siti”);

Yarımmüdafiəçilər: Martin Edeqor (“Arsenal”), Rodri, Kevin De Bruyne (hər ikisi “Mançester Siti”);

Hücumçular: Bukayo Saka (“Arsenal”), Erlinq Holann (“Mançester Siti”), Markus Reşford (“Mançester Yunayted”).

Son xəbərlər

Orphus sistemi