İngiltərə Premyer Liqası: “Aston Villa” “Tottenhem”i məğlub edib

İngiltərə Premyer Liqası: “Aston Villa” “Tottenhem”i məğlub edib İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində Londonun “Tottenhem”i Birminhemin “Aston Villa”sını qəbul edib.
Futbol
26 Noyabr , 2023 20:45
İngiltərə Premyer Liqası: “Aston Villa” “Tottenhem”i məğlub edib

İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində London “Tottenhem”i Birmingem təmsilçisi “Aston Villa”nı qəbul edib.

“Report” xəbər verir ki, oyunu Robert Consun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qol 22-ci dəqiqədə vurulub. Londonluların argentinalı yarımmüdafiəçisi Covani Lo Çelso fərqlənib. “Aston Villa” birinci yarının sonunda "status-kvo"nu bərpa edib: 52-ci dəqiqədə Pau Torres topu tora göndərib. Qonaqların qələbə qolunu isə 61-ci dəqiqədə İngiltərə millisinin hücumçusu Olli Uotkins vurub.

Bu qələbədən sonra “aslanlar” 28 xala malikdirlər. Unay Emerinin yetirmələri turnir cədvəlində “mahmızlar”ı (26 xal) qabaqlayaraq dördüncü pilləyə yüksəliblər.

Xatırladaq ki, ötən gün çempionatın favoritləri – “Mançester Siti” və “Liverpul” arasındakı qarşılaşmada qalib müəyyənləşməyib. Hazırda turnir cədvəlinə 30 xalla “Arsenal” başçılıq edir. Mikel Artetanın komandası “Mançester Siti” və “Liverpul”un xal itkisindən faydalanaraq zirvəyə yüksəlib. “Topçular”ı “şəhərlilər” (29 xal) və “qırmızılar” (28 xal) təqib edir.

Son xəbərlər

Orphus sistemi