İngiltərə Premyer Liqası: “Aston Villa” “Nyukasl”ı darmadağın edib
Futbol
- 20 aprel, 2025
- 01:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının XXXIII turunda “Aston Villa” “Nyukasl”ı darmadağın edib.
“Report” xəbər verir ki, baş hakim Carred Cillettin idarə etdiyi matç “Villa Park”da baş tutub.
“Aston Villa” görüşün ilk dəqiqəsində önə çıxıb. Belə ki, ücumçu Olli Uotkins fərqlənib. 17-ci dəqiqədə “sağsağanlar”ın müdafiəçisi Fabian Şer hesabı bərabərləşdirib.
64-cü dəqiqədə Yan Matsen ev sahiblərini yenidən önə çıxarıb. 73-cü dəqiqədə isə qonaqların oyunçusu Den Börn topu öz qapısına vurub. İki dəqiqə sonra “aslanlar”ın yarımmüdafiəçisi Amadu Onana hesabı 4:1-ə çatdırıb.
Bu qələbədən sonra “Aston Villa” 57 xalla turnir cədvəlində altıncı pilləyə yüksəlib. “Nyukasl” 59 xalla üçüncüdür.
İngiltərə Premyer Liqası: “Aston Villa” “Nyukasl”ı darmadağın edib
Son xəbərlər
12:09
"20 Sentyabr" metrostansiyası gələn ilin ortalarına qədər istismara veriləcək
İnfrastruktur
12:05
Bakı metrosunun Yaşıl və Qırmızı xətlərinin ayrılması ilə bağlı görülən işlər açıqlanıb
İnfrastruktur
12:01
Deputat: "Radiotezliklərin əhatə dairəsi yenidən nəzərdən keçirilməlidir"
İKT
12:00
Foto
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
Qarabağ
11:58
Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib
Milli Məclis
11:57
Milli Məclis hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib
Milli Məclis
11:56
Parlament "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni ratifikasiya edib
Milli Məclis
11:56
"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
Futbol
11:53
Foto
Güclü sel Ordubadın kəndlərində fəsadlar törədib
Hadisə