İngiltərə klubu mövsümün startına üç gün qalmış baş məşqçisini istefaya göndərib

İngiltərə klubu mövsümün startına üç gün qalmış baş məşqçisini istefaya göndərib “Vulverhempton” klubu İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün startına üç gün qalmış baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.
Futbol
9 avqust 2023 05:35
İngiltərə klubu mövsümün startına üç gün qalmış baş məşqçisini istefaya göndərib

“Vulverhempton” klubu İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün startına üç gün qalmış baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.

“Report” xəbər verir ki, bu barədə “qurdlar”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ispaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Lopeteqi cəmi 9 ay “Vulverhempton”un “sükanı arxasında" qala bilib.

57 yaşlı mütəxəssis 2022-ci ilin noyabrında bu posta təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda ötən mövsümü 13-cü pillədə başa vurub. Lopeteqi ilə birlikdə məşqçlər korpusunda yer alan digər 6 nəfərlə də yollar ayrılıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə avqustun 11-də start veriləcək. “Vulverhempton” ilk oyununu ayın 14-də səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi