İngiltərə klubu "Borussiya"nın yarımmüdafiəçisi ilə müqavilə imzalayıb
Futbol
- 01 yanvar, 2026
- 10:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Brayton" klubu "Borussiya"nın (Dortmund, Almaniya) yarımmüdafiəçisi Paskal Qrossla müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflərin bütün detallarla bağlı razılığa gəldiyi bildirilib. 34 yaşlı futbolçunun "Borussiya" ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, 2024-cü ilin yayından Almaniya klubunun formasını geyinən P.Qross 2025/2026 mövsümündə bütün klub turnirlərdə meydana çıxdığı 16 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" futbolçunun dəyərini 3,5 milyon avro qiymətləndirir.
Son xəbərlər
11:41
Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Sənaye
11:40
Ötən gün axtarışda olan 129 nəfər tutulub
Daxili siyasət
11:40
Azərbaycandakı bankların vaxtı keçmiş kreditlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:30
Məlahət İbrahimqızı: Azərbaycançılıq ideologiyası yalnız keçmişə bağlılıq deyil, həm də gələcəyə baxışdır
Daxili siyasət
11:27
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Hadisə
11:20
Azərbaycandakı bankların kredit portfelinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:16
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
Digər ölkələr
11:08
Azərbaycan əhəng istehsalını 77 % artırıb
Sənaye
11:00
Azərbaycandakı bankların qiymətli kağızlara investisiyalarının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə