İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb
Futbol
- 23 noyabr, 2022
- 13:48
İngiltərə Futbol Assosiasiyası (EFA) "Mançester Yunayted"in sabiq hücumçusu Kriştianu Ronaldunu cəzalandırıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna portuqaliyalı forvardın "Everton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması səbəb olub.
50 000 funt sterlinq məbləğində cərimələnən 37 yaşlı futbolçu həmçinin 2 oyunluq diskvalifikasiya edilib.
Ronaldu fanatın yanından keçərkən əli ilə onun telefonunu vuraraq, yerə salıb. Nəticədə autizmli uşağın telefonu sınıb.
Qeyd edək ki, "Mançester Yunayted" ötən gün Kriştianu Ronaldu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Ulduz futbolçu İngiltərənin başqa komandasına keçərsə, cəza tətbiq olunacaq.
Son xəbərlər
11:12
Mirça Luçeskunun vəziyyəti ağırlaşıb
Futbol11:11
NATO Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsini təyin edib
Xarici siyasət11:10
Gürcüstanın Azərbaycandan alüminium idxalına çəkdiyi xərc 2 dəfə artıb
Biznes11:08
Foto
Suriyadan gətirilən ana və 4 övladı sosial xidmət müəssisəsinə yerləşdirilib
Sosial müdafiə11:02
Qvineya Prezidenti hökuməti istefaya göndərib
Digər ölkələr11:00
Borcluların hüquqlarının qorunması haqqında yeni qanun layihəsinin hazırlanması təklif edilir
Milli Məclis10:58
Xırdalanda binadan başına yük düşən fəhlə ölüb
Hadisə10:57
IRENA yayda Azərbaycanda enerji keçidi üzrə investisiya forumu keçirəcək
Energetika10:57