Renat Dadaşov "Liverpul"a qol vurub
- 30 yanvar, 2020
- 06:01
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərədə Beynəlxalq Premyer Liqa Kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilib.
"Report"un məlumatına görə, Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Vulverhempton"un U-23 komandası doğma meydanda "Liverpul"la qarşılaşıb.
Fasiləyə 1:0 hesabı ilə öndə yollanan meydan sahibləri ikinci hissənin əvvəlində fərqi artırıb. Komandasının ikinci qolunu matça start heyətdə çıxan R.Dadaşov vurub. O, 47-ci dəqiqədə fərqlənib. Lakin ardıcıl iki qol buraxan "Vulverhempton" qələbəni əldən verib - 2:2.
Qeyd edək ki, E qrupunda mübarizə aparan "Vulverhempton" qrupu 3 xalla sonuncu pillədə başa vurub. "Liverpul" isə qrup lideri kimi növbəti mərhələyə adlayıb. Fransanın PSJ klubu qrupu 2-ci, İspaniya "Atletik"i (Bilbao) isə 3-cü pillədə başa vurub.