Gürcüstan yığmasının baş məşqçisi: Belə turnirlərdə qələbə qazanmaq üçün bir az istedad və təcrübə çatışmır

Futbol
  • 18 iyun, 2024
  • 19:16
Gürcüstan yığmasının baş məşqçisi: Belə turnirlərdə qələbə qazanmaq üçün bir az istedad və təcrübə çatışmır

Belə turnirlərdə qələbə qazanmaq üçün komandada bir az istedad və təcrübə çatışmır.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avropa çempionatının final mərhələsinin I turunda Türkiyə (1:3) ilə matçdan sonra deyib.

Mütəxəssis komandanın performansı ilə fəxr etdiyini söyləyib: "Uduzmaq heç vaxt xoş deyil, amma biz gürcü futbolunu bu qədər müsbətə çevirdiyimiz üçün öz performansımızla fəxr edə bilərik. Düşünürəm ki, sonda Türkiyə qədər şansımız oldu".