Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar.
Futbol
27 Mart , 2024 12:56
Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, AVRO-2024-ün final mərhələsinə vəsiqə qazandıqları üçün millinin bütün oyunçuları “Şərəf” ordeni alacaqlar: “Şəxsən mən bir azarkeş kimi 30 ildir bu günü gözləyirdim. Uşaqlar bizə ən böyük xoşbəxtlik bəxş etdilər. Onlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır”.

Qeyd edək ki, AVRO-2024-ün pley-off raundunun final oyununda Yunanıstana qalib gələn Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb. Komanda qitə çempionatında Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq. Turnir 14 iyun – 14 iyul aralığında Almaniyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi