Gürcüstan futbol yığmasının baş məşqçisi istefa verir
Futbol
- 12 noyabr, 2014
- 09:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya postundan istefa verəcək. "Report"un məlumatına görə, bu barədə 46 yaşlı mütəxəssisin özü ölkənin "Birinci kanal"ına açıqlama verib.
O bildirib ki, noyabrın 14-də Polşa yığması ilə AVRO-2016-nın seçmə qrup matçında qeydə alınacaq nəticədən asılı olmayaraq, bu addımı atacaq: "Məğlub olsaq, postumu tərk edəcəyəm, heç-heçə təqdirində də gedəcəyəm, qalib olsaq, böyük məmnunluqla vəzifəmlə vidalaşacağam. Təki Gürcüstan futbolu üçün nə isə etsinlər".
Qeyd edək ki, iki gün öncə Temuri Ketsbaya keçirdiyi mətbuat konfransında Polşaya uduzacaqları təqdirdə istefa verəcəyini bildirib.
Son xəbərlər
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Digər ölkələr
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr
02:45
Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
Digər ölkələr
02:16
"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib
Digər ölkələr
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
01:33
Aİ və Türkiyə ticarət maneəsini aradan qaldırmağı, gömrük prosedurlarını sürətləndirməyi razılaşdırıblar
Digər ölkələr