"Arsenal"ın futbolçusu meydanı xərəkdə tərk edib
Futbol
- 28 yanvar, 2020
- 05:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə İngiltərə kubokunun 1/16 finalı çərçivəsində səfərdə "Bornmut"un qonağı olan "Arsenal" klubu ciddi itki ilə üzləşib.
"Report"un məlumatına görə, London təmsilçisinin futbolçusu Şkodran Mustafi matçın 58-ci dəqiqəsində zədələnib.
Öz komandasının qapıçısı Damian Martineslə toqquşmada zədə alan almaniyalı müdafiəçi oyunu davam etdirə bilməyib. 28 yaşlı futbolçu meydanı xərəkdə tərk etməli olub. Lakin Mustafinin hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Oyun isə "Arsenal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Mustafi 2016-cı ildə "Valensiya"dan "Arsenal"a transfer olunub.
Son xəbərlər
02:42
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
Digər ölkələr
02:28
Gürcüstanda keçirilən "Beşiktaş" – "Hapoel" matçında baş verən qarşıdurmada 16 nəfər saxlanılıb
Region
02:00
UEFA Konfrans Liqasında IV turun oyunları keçirilib
Futbol
01:58
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib
Futbol
01:35
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
Digər ölkələr
01:14
CEV Çempionlar Liqası: "Xilasedici" III təsnifat mərhələsinin cavab oyununda uduzub
Komanda
01:07
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
Digər ölkələr
00:37
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
Digər ölkələr
00:06
Şeynbaum Meksika sahilindəki raket qalıqlarına görə "SpaceX"i sanksiyalarla hədələyib
Digər ölkələr