Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) penaltidən ən çox qol vuran oyunçuların adlarını açıqlayıb.
“Report”un qurumun rəsmi saytına istinadən məlumatına görə, bu göstəricidə tarixin ən məhsuldar futbolçusu portuqaliyalı Kriştianu Ronaldudur.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 38 yaşlı hücumçunun aktivində 151 penalti qolu var.
Ümumilikdə 5 oyunçu 100 qol həddinə çata bilib.
Futbolçu |
Ölkəsi |
Karyerası |
Qollar |
Cəmi |
||||
ML |
ÖK |
BKY |
MK |
|||||
1 |
Kriştianu Ronaldu |
Portuqaliya |
2002- |
102 |
10 |
21 |
18 |
151 |
2 |
Romario |
Braziliya |
1985-2007 |
87 |
15 |
6 |
6 |
114 |
3 |
Ronald Kuman |
Niderland |
1980-1997 |
87 |
10 |
8 |
8 |
113 |
4 |
Lionel Messi |
Argentina |
2004- |
60 |
6 |
18 |
24 |
108 |
5 |
Roberto Bacco |
İtaliya |
1984-2004 |
68 |
17 |
8 |
7 |
100 |
6 |
Uqo Sançes |
Meksika |
1976-1997 |
68 |
9 |
12 |
7 |
96 |
Qeyd: ML – milli liqa, ÖK – ölkə kuboku, BKY – beynəlxalq klub yarışları, MK – milli komanda