Futbol oyunları vaxtı baş məşqçilər VAR-dan (Video Köməkçi Hakim) epizodun nəzərdən keçirilməsini tələb edə bilərlər.
"Report"un məlumatına görə, bu barədə FIFA prezidenti Canni İnfantino Tailandın paytaxtı Banqkokda təşkil olunan qurumun 74-cü Konqresində məlumat verib.
Funksionerin sözlərinə görə, mütəxəssislər hər matçda iki dəfə VAR-dan kömək istəyə biləcəklər.
"Universal VAR texnologiyası yaradılıb. Bu səbəbdən daha az kameralar var və qarşılaşmalarda çox sayda hakimə ehtiyac yoxdur. Sistem hər kəs üçün daha da əlçatan olacaq. Məşqçilər iki dəfə VAR-a baxılmasını istəyəcəklər. Oyunçular bu barədə mütəxəssisdən soruşa bilərlər. Hakimin ilkin qərarı dəyişdirilsə, sorğu vermək imkanı itməyəcək və iki dəfə videobaxış tələb edə biləcəklər", - deyə İnfantino bildirib.