Fransanın idman naziri Kilian Mbappedən ölkədən getməməyi xahiş edir

Fransanın idman naziri Kilian Mbappedən ölkədən getməməyi xahiş edir Üzgüçülük üzrə keçmiş dünya çempionu, Fransanın hazırkı idman naziri Roksana Marasinyanyu “Pari Sen-Jermen” (PSJ) futbol komandasının hücumçusu Kilian Mbappeni Birinci Liqada qalmağa çağırıb.
Futbol
20 Fevral , 2021 03:16
Fransanın idman naziri Kilian Mbappedən ölkədən getməməyi xahiş edir
Kilian Mbappe

Üzgüçülük üzrə keçmiş dünya çempionu, Fransanın hazırkı idman naziri Roksana Marasinyanyu “Pari Sen-Jermen” (PSJ) futbol komandasının hücumçusu Kilian Mbappeni Birinci Liqada qalmağa çağırıb.

Bu barədə “Report” “France Info”ya istinadən xəbər verir.

"Kilian, Fransada qal. Biz sənin burada necə oynamağına sonra da baxmaq istəyirik. Sən bizə lazımsan, sən azarkeşə lazımsan, PSJ sənə lazımdır, bizim gənclərimizə bərabər səviyyədə olmaları üçün təqlid və nümunələr lazımdır. Xahiş edirəm, getmə. Burada qal, Fransada", - nazir deyib.

Xatırladaq ki, Mbappe UEFA Çempionlar Liqasının 1/8 finalının “Barselona”- PSJ” matçının baş qəhrəmanı olub. Matçda hesabı "Barselona"nın hücumçusu Lionel Messi 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək açıb. Lakin "Barselona"nın sevinci uzun sürməyib. 32-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Fransalı hücumçu 65-ci dəqiqədə PSJ-ni önə çıxarıb. 70-ci dəqiqədə Moyze Kin PSJ-nin üçüncü qolunu vurub. 85-ci dəqiqədə isə Mbappe het-trik edərək, oyunda son nöqtəni qoyub. Yekun hesab — qonaqların xeyrinə 4:1 olub.

Artıq neçənci dəfədir Mbappenin PSJ-ni tərk edərək “Real Madrid"ə və ya "Liverpul"a keçə biləcəyi barədə məlumatlar yayılır.

Daha əvvəl UEFA Çempionlar Liqasının 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb. Bu ada PSJ klubunun ulduz futbolçusu Kilian Mbappe layiq görülüb. 23 yaşlı hücumçu İspaniyada "Barselona"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.

Son xəbərlər

Orphus sistemi