Fransa klubunun stadionu insidentə görə bağlanıb
Futbol
- 22 noyabr, 2021
- 15:26
Fransa Peşəkar Futbol Liqası (LFP) "Lion" klubunun stadionunu azarkeşlər üçün müvəqqəti olaraq bağlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna sözügedən komandanın evdə "Marsel"ə qarşı keçirdiyi Liqa 1-in XIV tur oyununda baş vermiş insident səbəb olub.
Matçın gedişində yerli fanatlardan birinin meydana atdığı su şüşəsi künc zərbəsini yerinə yetirmək istəyən qonaq komandanın yarımmüdafiəçisi Dmitri Payetin başına dəyib. Nəticədə referi görüşü dayandıraraq komandaları paltardəyişmə otağına göndərib. Daha sonra qarşılaşma təxirə salınıb.
Həmin epizodu araşdıran LFP məsələ ilə bağlı yekun qərarını dekabrın 8-də verəcək. Belədə, "Lion" dekabrın 1-də "Reyms"lə çempionat oyununu azarkeşsiz keçirməli olacaq.
Son xəbərlər
23:11
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır
Digər ölkələr22:54
BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər
Digər ölkələr22:39
ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib
Digər ölkələr22:21
"Bloomberg": Tramp Zelenskiyə Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib
Digər ölkələr22:15
Tramp ABŞ və Çinin qarşıdakı razılaşmaları barədə böyük nikbinliklə danışıb
Digər ölkələr22:01
Səidcəmşid Cəfərov Avropa çempionu olub - boksçularımızdan Sofiyada 5 medal
Fərdi21:55
CENTCOM blokadanın bərpasından bəri 122 kommersiya gəmisini yönləndirib
Digər ölkələr21:51
Azərbaycan boksçusu Nəbi İsgəndərov Avropa çempionatında gümüş medal qazanıb
Fərdi21:40