"Formula 1"də yarış sayı artırıla bilər
Futbol
- 23 mart, 2022
- 09:30
"Formula 1" üzrə dünya çempionatında Qran-prilərin sayı artırıla bilər.
"Report"un məlumatına görə, bu barədə yarışın rəhbəri Stefano Domenikali "Sky Sports"a açıqlama verib.
Funksioner bildirib ki, hazırda bir çox şəhər yarışa ev sahibliyi etmək istəyir: "ABŞ və Çindən başqa, Afrikada da "Formula 1" üçün böyük potensial var. Yarışın hazırkı Əsasnaməsi maksimum 24 Qran-pri təşkilinə icazə verir. Məncə, bu sayı 30-a çatdırmaq üçün imkanlar var. Önəmli olan lazımi balansı tapmaqdır. Bundan əlavə, bu il müqaviləsi başa çatacaq bəzi traslar növbəti təqvimdə olmayacaqlar".
Domenikali "Formula 1"də komanda sayının artırılması məsələsinin isə gündəmdə olmadığını söyləyib.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.
Son xəbərlər
02:49
Cozef Aun İsrail qoşunlarının Livandan çıxarılması ilə bağlı ABŞ-yə çağırış edib
Digər ölkələr02:21
İran Trampın təhdidlərindən qorxmadığını açıqlayıb
Region01:57
Kubanın enerji sistemindəki nasazlığa görə tədbirlər görülür - YENİLƏNİB
Digər ölkələr01:51
Rubio FIFA ətrafındakı qalmaqalı NATO sammiti ilə əlaqələndirib
Digər ölkələr01:51
Roberto Martines: İspaniya ilə matç əlavə vaxta getməli idi
Futbol01:36
Luis de la Fuente: Heyətimizdə yüksək səviyyəli 26 futbolçu var
Futbol01:28
Rodri Portuqaliya - İspaniya matçının ən yaxşısı olub
Futbol01:22
Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq
Region01:02
Foto