FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur" "Videoda açıq-aşkar görsənir ki, top "Qarabağ"ın oyunçusuna dəyərək meydanı tərk edir. Amma laynsman səhvən meydan sahiblərinin xeyrinə qərar verir. Həmin epizod barədə çox şərh verməyə gərək yoxdur".
Futbol
12 Sentyabr , 2022 12:10
FIFA referisi: Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur

"Videoda açıq-aşkar görsənir ki, top "Qarabağ"ın oyunçusuna dəyərək meydanı tərk edir. Amma laynsman səhvən meydan sahiblərinin xeyrinə qərar verir. Həmin epizod barədə çox şərh verməyə gərək yoxdur".

Bunu "Report"a açıqlamasında FIFA referisi, hazırda oyunları idarə etməyən Rəhim Həsənov "Sabah" və "Qarabağ" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının VI tur oyunundakı mübahisəli epizodla bağlı danışarkən deyib.

39 yaşlı referi yan xətt hakiminin yalnış qərarından sonra "Qarabağ"ın qol vurduğunu bildirib.

Həsənov görüşün sonlarında "Sabah"ın hesaba alınmayan qolu barədə də fikirlərini bölüşüb: "Çəkiliş rakursları o qədər də keyfiyyətli deyil. Düşünürəm ki, ona görə VAR bu epizoda tam müdaxilə edə bilmir. Amma köməkçi hakim orada səhv qərar verir".

FIFA referisi həmin qolun hesaba alınmalı olduğunu sözlərinə əlavə edib: "Çünki müdafiəçi və hücumçu paralel xətdə idilər. Belə olan halda oyundankənar vəziyyət qeydə alınmır. Problem çəkilişdədir. Təəssüflər olsun ki, çəkiliş pis olanda VAR da öz işini tam göstərə bilmir. Demək olar ki, hakimlər və klublar hər tur bu problemlə üzləşirlər".

Həsənov "həmin laynsmanları hansısa cəza gözləyə bilərmi" sualına bu cür cavab verib: "Bu, mənə ünvanlanmalı sual deyil. Kimin cəzalanıb-cəzalanmayacağına Hakimlər Komitəsi qərar verir".

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:3 hesablı qələbəsi ilə başa çatıb. Baş hakim İnqilab Məmmədova Namik Hüseynov və Rahil Ramazanov laynsman qismində yardımçı olub.

Son xəbərlər

Orphus sistemi