Bakı. 13 iyul. REPORT.AZ/ FİFA İcraiyyə Komitəsinin sabiq üzvü, adı korrupsiya qalmaqalında hallanan Çak Bleyzer vəfat edib. “Report”un “Associated Press”ə istinadən verdiyi məlumata görə, amerikalı funksioner 72 yaşında dünyasını dəyişib.
2015-ci ildə ömürlük futboldan uzaqlaşdırılan Ç.Bleyzer xərçəngdən əziyyət çəkirdi və əlil arabasına məhkum olunmuşdu.
Qeyd edək ki, Çak Bleyzer 1997 - 2003-cü illərdə FİFA-nın İcraiyyə Komitəsinin üzvü, 1990-2011-ci illərdə Karib hövzəsi, Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasının (CONCACAF) baş katibi vəzifəsində çalışıb. O, iki il öncə 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün rüşvət aldığını və daha 10 rüşvət olayında iştirakını boynuna alıb.