FİFA azərbaycanlı referi Əliyar Ağayevin kateqoriyasını yüksəltməyib

FİFA azərbaycanlı referi Əliyar Ağayevin kateqoriyasını yüksəltməyib Rəhim Həsənovla Ömər Paşayev isə III qrupda yer alıb
Futbol
9 Dekabr , 2016 12:38
FİFA azərbaycanlı referi Əliyar Ağayevin kateqoriyasını yüksəltməyib

Bakı. 9 dekabr. REPORT.AZ/ FİFA 2016-2017 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, siyahıda Azərbaycan referilərindən cəmi 3-ü yer alıb. Əliyar Ağayev yenə II qrupda qalıb. Halbuki AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov onun I kateqoriyaya yüksəldiyini açıqlamışdı.

Rəhim Həsənov da III kateqoriyada saxlanılıb. Yeni FİFA referisi Ömər Paşayev də təyinat almağa bu kateqoriyadan başlayacaq.

Qeyd edək ki, siyahıda beynəlxalq dərəcəli köməkçi-hakimlər qismində Mübariz Haşımov, Vaqif Musayev, Zeynal Zeynalov, Yaşar Abbasov, Namiq Hüseynov və Rza Məmmədov yer alıb. 

Son xəbərlər

Orphus sistemi