UEFA-dan AVRO-2020 ilə bağlı açıqlama - YENİLƏNİB

UEFA-dan AVRO-2020 ilə bağlı açıqlama - YENİLƏNİB Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) AVRO-2020-nin təxirə salınması ilə bağlı milli futbol federasiyalarının quruma müraciət etmələri barədə İtaliya mətbuatında yayılan xəbərə münasibət bildirib.
Futbol
10 Mart , 2020 18:14
UEFA-dan AVRO-2020 ilə bağlı açıqlama - YENİLƏNİB

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) AVRO-2020-nin təxirə salınması ilə bağlı milli futbol federasiyalarının quruma müraciət etmələri barədə İtaliya mətbuatında yayılan xəbərə münasibət bildirib.

"Report"un məlumatına görə, UEFA-dan TASS-a bildirilib ki, Avropa çempionatının vaxtının koronavirusa görə dəyişdirilməsi üçün zəruri səbəb görülmür.

"UEFA koronavirusun yayılması ilə əlaqədar müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur", - qurumun Mətbuat xidmətinin açıqlamasında qeyd olunub.


***16:47

UEFA-ya üzv olan milli futbol federasiyaları qitə futbol qurumundan Avropa çempionatının təxirə salınmasını xahiş edib.

"Report"un "Tuttosport"a istinadən verdiyi məlumata görə, yerli qurumlar koronavirusa görə müvəqqəti dayandırılan daxili çempionatı başa vurmaq üçün AVRO-2020-nin başqa vaxta keçirilməsini gözləyir. Ancaq UEFA prezidenti Aleksander Çeferinin bu təklifə müsbət yanaşmadığı iddia olunur.

Qeyd edək ki, AVRO-2020 12 iyun-12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi