"AVRO-2020": Bakı ən populyar şəhərlər arasında "Top-5"də

"AVRO-2020": Bakı ən populyar şəhərlər arasında "Top-5"də Dünyanın ən böyük otel rezervasiya sistemlərindən Booking.com istifadəçilərinin axtarış sorğularına əsasən, AVRO-2020nin oyunlarını qəbul edəcək ən populyar şəhərlərin sıralamasını açıqlayıb.
Futbol
13 Fevral , 2020 15:07
AVRO-2020: Bakı ən populyar şəhərlər arasında Top-5də

Dünyanın ən böyük otel rezervasiya sistemlərindən "Booking.com" istifadəçilərinin axtarış sorğularına əsasən, "AVRO-2020"nin oyunlarını qəbul edəcək ən populyar şəhərlərin sıralamasını açıqlayıb.

"Report"un məlumatına görə, "Top-5"də qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununu qəbul edəcək Bakı şəhərinin də adı var.

Azərbaycan paytaxtı Sankt-Peterburq, Roma və Kopenhagendən sonra 4-cü sırada qərarlaşıb. "Beşliy"i Dublin şəhəri tamamlayır. Bakı siyahıda Avropa çempionatının final mərhələsinin oyunlarını qəbul edəcək London, Amsterdam, Berlin və Bilbao kimi şəhərləri geridə qoyub.

Bundan başqa, "AVRO-2020"nin qrup mərhələsində azarkeşlərin ən çox maraq göstərdiyi oyunların siyahısı da açıqlanıb. İyunun 13-də Bakı Olimpiya Stadionunda oynanılacaq Uels - İsveçrə qarşılaşması reytinqdə 2-ci sıradadır. İlk pillədə isə eyni gündə Kopenhagendə keçiriləcək Danimarka - Finlandiya görüşü yer alıb.

Qeyd edək ki, Uels - İsveçrə oyunundan başqa, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları və 1/4 final mərhələsinin bir qarşılaşması da Azərbaycan paytaxtında təşkil olunacaq.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Son xəbərlər

Orphus sistemi