Emin Mahmudov: “Elxan Məmmədovla görüşdüm və məni inandıra bildilər”

Emin Mahmudov: “Elxan Məmmədovla görüşdüm və məni inandıra bildilər” Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun "Report"a müsahibəsi
Futbol
16 Noyabr , 2021 15:14
Emin Mahmudov: “Elxan Məmmədovla görüşdüm və məni inandıra bildilər”
Emin Mahmudov

Azərbaycan millisinin futbolçusu və "Neftçi"nin kapitanı Emin Mahmudovun "Report"a müsahibəsi

- Daha bir seçmə mərhələ başa çatdı və milli komanda cəmi 1 xal topladı. Sizcə, uğursuzluğun səbəbi nədir?
- Əlbəttə, millinin nəticələrindən biz də razı deyilik. Daha yaxşı oynaya və daha yaxşı nəticələr qazana bilərik. Lakin səbəbin məhz nə olduğunu demək mənim üçün çətindir. Bəzən elə olur ki, ümumilikdə, heç nə alınmır. Mahiyyət etibarilə bu da belə hallardan biridir. Oyunumuzda çox şey alınmırdı.

- Komanda uğursuz çıxış etsə də, sizin millidəki çıxışınızı uğurlu saymaq olar. Ardıcıl qollar vurdunuz...
- Doğrudur, qollar vurdum, amma təəssüf ki, fərqlənməyim uğurlu nəticəyə gətirib çıxarmadı. Buna görə də vurduğum qollara könül xoşluğu ilə sevinə bimədim.

- Daha əvvəl millidə sizə niyə çox şans verilmirdi?
- Bilirsiniz ki, hər bir baş məşqçinin öz oyun üslubu və takitiki baxışı, fəlsəfəsi var. Bəzi baş məşqçilərin taktiki sxeminə uyğun gəlmirdim. Bəzən isə şans verildiyi zaman istədiyim səviyyədə oynaya bilmirdim. Amma millidə heyətə daxil edilib-edilməməyimdən asılı olmayaraq, mütəxəssislərə hər zaman hörmətlə yanaşmışam.

- Vaxtilə Azərbaycan millisini seçib-seçməyəcəyiniz də müzakirə olunurdu. Necə oldu ki, məhz bu komandada çıxış etməyə qərar verdiniz?
- Rusiyada böyümüşəm və bu ölkənin aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmişəm. Mətbuatda bu məsələ tez-tez müzakirə olunurdu. O zaman AFFA-da çalışan Riad Rəfiyevlə artıq tanış idim. Sonra Elxan Məmmədovla görüşdüm və çox səmimi söhbətimiz oldu. Məni Azərbaycan yığmasında oynamalı olduğuma inandıra bildilər. Milliyə gəlişim belə oldu və bu gün də komandamızın şərəfini var gücümlə qorumağa çalışıram.

Son xəbərlər

Orphus sistemi