Emin Əmrullayev: "Sponsorluq müqaviləsi "Neftçi"nin strateji inkişafı üçün önəmlidir"

Emin Əmrullayev: "Sponsorluq müqaviləsi "Neftçi"nin strateji inkişafı üçün önəmlidir" Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir.
Futbol
7 fevral 2025 10:20
Emin Əmrullayev: Sponsorluq müqaviləsi Neftçinin strateji inkişafı üçün önəmlidir

Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir.

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.

O, paytaxt təmsilçisinin dayanıqlı inkişafı üçün işlərin görülməli olduğunu bildirib:

"Neftçi" Azərbaycan futbolunun simasıdır. Hazırkı durum azarkeşlərin xoşuna gəlmir. "Neftçi"yə yalnız birinci yer yaraşır. Biz müvəqqəti yox, uzunmüddətli nəticənin arxası ilə düşəcəyik. Asan proses deyil. Amma bütün bunlar klubun maliyyə dayanıqlılığından asılıdır. İnanıram ki, böyük qələbələri birlikdə qeyd edəcəyik".

Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.

Son xəbərlər

Orphus sistemi