Elxan Məmmədov: "Danışılmış oyunlarda digər idman növlərinin nümayəndələri də iştirak ediblər"

Futbol
  • 08 yanvar, 2020
  • 07:38
Elxan Məmmədov: Danışılmış oyunlarda digər idman növlərinin nümayəndələri də iştirak ediblər
Report / Elchin Murad

"Danışılmış oyunlarla bağlı məsələlərlə əlaqədar digər idman növlərinin nümayəndələri də saxlanılıblar".

"Report"un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. 

O deyib ki, məsələ çox ciddidir: "Onlar futbola daxil olaraq, təəssüf ki, danışıqlar aparıblar. Hazırda bununla bağlı hüquq-mühafizə orqanları ilə birgə iş aparılır".

E.Məmmədov hazırda milli komanda üzvləri, klub nümayəndələri və digər şəxslərin də ifadələrinin alındığını diqqətə çatdırıb.