Elçin Məmmədov: "Sabah" klubu bizə "Şuşa" adlandırılması ilə bağlı müraciət etməyib"

Elçin Məmmədov: "Sabah" klubu bizə "Şuşa" adlandırılması ilə bağlı müraciət etməyib" Biz onları araşdırıb və hazırladıqdan sonra UEFA-ya göndəririk
Futbol
175
19 Noyabr , 2021 16:17
Elçin Məmmədov: Sabah klubu bizə Şuşa adlandırılması ilə bağlı müraciət etməyib
Elçin Məmmədov

"Sabah" klubu adının dəyişdirilib "Şuşa" olması ilə bağlı bizə müraciət etməyib".

Bunu "Report"a açıqlamasında AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov deyib.

E.Məmmədovun sözlərinə görə, bu məsələ ilə bağlı ilk olaraq, məktub Peşəkar Futbol Liqası və milli assosiasiyaya yazılır: "Hər iki qurumdan razılıq alınır və sənədlər qeydiyyatdan keçirilir. Bundan sonra isə bizə göndərilir. Klubların öhdəlikləri var, lisenziya alan klub hansısa dəyişiklik baş verdikdə bizə məlumat verilir. Avrokuboklarda çıxış etmək istəyirlərsə, ən azı 3 il fəaliyyət göstərməlidir. "İnter" adını dəyişib "Keşlə" edəndə Lisenziyalaşdırma qrupuna müraciət etdi. Biz də UEFA-ya müraciət edirik ki, müəyyən səbəblərdən ad dəyişilib və 3 il qaydası həmin klub üçün istisna olunsun. "Zirə" üçün də istisna tətbiq olunmuşdu. Onların avrokuboklarda oynaması üçün bir ayları çatmırdı. Bizə sənəd çatana qədər ad dəyişdirilməsi ilə bağlı bütün qurumlarla razılıq əldə olunur. Dövlət qeydiyyatından keçdikdən sonra bizə sənədlər gəlir. Biz onları araşdırıb-hazırladıqdan sonra UEFA-ya göndəririk".

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və Peşəkar Futbol Liqasının Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev onlara bu məsələ ilə bağlı müraciətlərin daxil olmadığını söyləyib.

Daha əvvəl "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" adlandırılması qərara alınıb. E.Məmmədov bununla bağlı da hələlik Lisenziyalaşdırma qrupuna müraciət olunmadığını söyləyib: "Əvvəlcə hüquqi sənədləri hazırlayır, daha sonra bizə müraciət edirlər. Biz isə UEFA-ya yönləndiririk. Hüquqi qeydiyyat isə dərhal olmur, bir az vaxt aparır. Onlar bizə yalnız qeydiyyatdan sonra müraciət ünvanlaya bilərlər".

Son xəbərlər

Orphus sistemi