Əfran İsmayılov: "Çətinliklərimiz çoxdur, amma hamısını yoluna qoyacağıq"

Əfran İsmayılov: "Çətinliklərimiz çoxdur, amma hamısını yoluna qoyacağıq" "Yüksək yerlər uğrunda yarışacağıq"
Futbol
30 dekabr 2023 10:27
Əfran İsmayılov: Çətinliklərimiz çoxdur, amma hamısını yoluna qoyacağıq

"Çətinliklərimiz çoxdur, amma bunların hamısını yoluna qoyacağıq".

Bunu "Report"a açıqlamasında minifutbol üzrə "İnter" komandasının kapitanı Əfran İsmayılov Azərbaycan çempionatında keçirdikləri matçlarla bağlı danışarkən deyib.

Təcrübəli futbolçu ilk 4 oyunda çətin rəqiblərlə üz-üzə gəldiklərini bildirib: "Biz bu idman növünə yeni başlamışıq. Yavaş-yavaş forma yığmağa çalışırıq. Heyətimiz bir az kasaddır, zədəli və xəstə oyunçularımız oldu. Bu səbəbdən son matçlarda bir az çətinlik çəkdik".

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun sabiq yarımmüdafiəçisi tətildən sonra tam heyətlə mübarizəyə qoşulacaqlarını vurğulayıb: "Yüksək yerlər uğrunda yarışacağıq. Birinci ilimiz olduğu üçün bir az çətindir. Bu, böyük futboldan fərqlidir".

Qeyd edək ki, "İnter" 4 turdan sonra 4 xal toplayıb. Komanda 16 iştirakçı arasında "Atəşgah Suraxanı" ilə birlikdə 11-12-ci yerləri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi