Eddi İsrafilovun baş məşqçisi istefaya göndərilib
Futbol
- 17 yanvar, 2015
- 06:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 yanvar. REPORT.AZ/ İspaniyanın "Qranada" futbol komandasının baş məşqçisi Xoakin Kaparros istefaya göndərilib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, buna komandanın uğursuz çıxışı səbəb olub.
"Qranada" La Liqada 18 turdan sonra 14 xalla sonuncu pillədə qərarlaşıb. Üstəlik, "qırmızı-ağlar" ölkə kubokunun 1/8 finalında "Sevilya" səddini keçə bilməyərək, mübarizəni dayandırıblar. Baş məşqçi postu müvəqqəti olaraq, əvvəllər gənclərdən ibarət komandada çalışmış Xoseba Aquadoya həvalə olunub.
Qeyd edək ki, "Qranada"da Azərbaycan yığmasının dəvətini qəbul edən Eddi İsrafilov icarə əsasında çıxış edir.
Son xəbərlər
12:35
Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək
Biznes
12:34
Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb
Futbol
12:34
Turqay Türkyılmaz: "Türkiyə tarixinin ən yüksək balıq istehsalı həcminə nail olunub"
ASK
12:32
Himalay Məmişov: "Azərbaycanda sosialyönümlü xərclər 2023–2027-ci illərdə 30 % artıb"
Maliyyə
12:31
BMT rəsmisi: Dövlət institutlarına inamın artırılması olduqca mühüm məsələdir
Xarici siyasət
12:29
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
Media
12:26
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb
Hadisə
12:26
Sabah yağış yağacaq - Proqnoz
Ekologiya
12:23
Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır
ASK