“Dinamo”dan açıqlama: “Neftçi” ilə oyunda stadionun 40 faizi dolacaq

“Dinamo”dan açıqlama: “Neftçi” ilə oyunda stadionun 40 faizi dolacaq “Bu, UEFA-nın müəyyənləşdirdiyi qaydadır. Matça yalnız bileti olan azarkeşlər buraxılacaqlar”
Futbol
548
5 İyul , 2021 14:18
“Dinamo”dan açıqlama: “Neftçi” ilə oyunda stadionun 40 faizi dolacaq

Gürcüstanın paytaxtı Tbilisidə “Dinamo” və “Neftçi” komandaları arasında iyulun 7-də keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Dinamo Arena”nın təxminən 40 faizi azarkeşlərlə dolacaq.

Bu barədə “Report”un Gürcüstan bürosuna paytaxt təmsilçisinin Media meneceri İrakli Buxali məlumat verib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar bütün azarkeşlərdən qoruyucu maskadan istifadə tələb olunacaq və tribunalarda onların arasında bir boş oturacaq olacaq.

İ.Buxali bildirib ki, hər iki komandanın rəsmi fan-klubları stadiona buraxılmayacaq: “Bu, UEFA-nın müəyyənləşdirdiyi qaydadır. Matça yalnız bileti olan azarkeşlər buraxılacaqlar”.

Qarşılaşmaya biletlər bu gün saat 12:00-dan etibarən www.tkt.gewww.biletebi.ge saytlarında satışa çıxarılıb. Biletləri sabah saat 15:00-dan stadionun kassalarından da əldə etmək mümkün olacaq. Qiymət 5 - 20 lari (2,70 manatdan 10,8 manatadək) arasında dəyişir.

Qeyd edək ki, Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi