“Difai”nin baş məşqçisi komandanın texniki məğlubiyyət almasına münasibət bildirib

“Difai”nin baş məşqçisi komandanın texniki məğlubiyyət almasına münasibət bildirib Azərbaycanın I Liqasında çıxış edən “Difai”nin baş məşqçisi Xaqani Məmmədov komandanın XI turda MOİK-lə matçdan sonra adı protokolda olmayan futbolçunun meydana çıxmasına görə texniki məğlubiyyətlə cəzalandırılmasına münasibətini bildirib.
Futbol
27 Dekabr , 2024 16:37
“Difai”nin baş məşqçisi komandanın texniki məğlubiyyət almasına münasibət bildirib
Xaqani Məmmədov

Azərbaycan I Liqasında çıxış edən “Difai” klubunun baş məşqçisi Xaqani Məmmədov XI turda MOİK-lə matçda adı protokolda olmayan futbolçunun meydana çıxmasına görə texniki məğlubiyyətlə cəzalandırılmalarına münasibət bildirib.

Mütəxəssis “Report”a açıqlamasında bu barədə oyundan sonra məlumat əldə etdiyini söyləyib.

O, klubda protokolla məşğul olan şəxsin səhvə yol verdiyini deyib:

“Bunu oyundan sonra bildim. Səhvən belə olub. Klubda protokolla məşğul olan şəxsin səhvidir. Ümid edirəm ki, texniki məğlubiyyət komandanın oyununa təsir etməz. Futbolda belə hallara rast gəlmək mümkündür. Sadəcə, diqqətli olmaq lazımdır”.

X.Məmmədov qırmızı vərəqə ilə cəzalandırılan futbolçulardan da danışıb:

“Futbolçumuzun biri birbaşa, digəri ikinci sarıdan sonra qırmızı vərəqə aldı. Hakimlik normal idi, sadəcə, oyunçuların diqqətsizliyinə görə vəziyyət bu həddə çatdı”.

O, qış fasiləsində heyətdə dəyişikliklər ediləcəyini nəzərə çatdırıb:

“Komandaya yeni oyunçular qoşulacaq. Bizə uyğun olmayanlarla yolları ayıracağıq. Heyətdə köklü dəyişikliklər planlaşdırmırıq. Komandanın “özəy"ini saxlayacağıq”.

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi tərəfindən "Difai"yə XI turun MOİK-lə matçının 90+3-cü dəqiqəsində adı protokolda olmayan futbolçunun meydana buraxılmasına görə 0:3 hesablı texniki məğlubiyyt verilib. Bununla yanaşı, komanda üzvlərindən Seymur Əliyev oyun zamanı birbaşa qırmızı vərəqə aldığı üçün 2, Bəşir Ayralov isə ikinci sarıdan sonra meydandan qovulduğuna görə 1 oyun diskvalifikasiya olunub.

Son xəbərlər

Orphus sistemi