Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq
Futbol
- 12 dekabr, 2022
- 09:49
Fransa millisinin baş məşqçisi Didye Deşam 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının sonuna qədər postunda qalacaq.
“Report”un “Le Parisien”ə istinadən məlumatına görə, Fransa Futbol Federasiyası (FFF) 54 yaşlı mütəxəssislə yeni 2 illik müqavilənin şərtlərini razılaşdırıb.
Qətərdə keçirilən dünya çempionatının yarımfinalına qədər irəliləyən Fransa yığmasının mundialdakı nəticəsindən asılı olmayaraq, Deşam AVRO-2024-də də komandanı meydana çıxaracaq. DÇ-2022-dən sonra münasibətlərin rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa yığmasını çalışdırır. “Üçrənglilər” onun rəhbərliyi altında 2018-ci ildə dünya çempionu, 2020-21 mövsümündə isə UEFA Millətlər Liqasının qalibi olub.
Son xəbərlər
03:21
"Liverpul" Salahı heyətinə qaytarıb
Futbol02:38
ABŞ Karib regionuna daha bir qrup qırıcı təyyarə göndərir
Digər ölkələr02:18
Britaniya və Belçikanın baş nazirləri hazırkı dövrü Ukrayna üçün dönüş nöqtəsi elan ediblər
Digər ölkələr01:45
Suriyada toyda qumbaraların partladılması nəticəsində onlarla insan yaralanıb
Digər ölkələr01:25
ABŞ Braziliya Ali Məhkəməsinin hakiminə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr00:49
Koşta: Rusiyanın Aİ-dəki səhmləri Ukraynaya təzminat verilənə qədər bloklanacaq
Digər ölkələr00:31
Foto
Video
Qərbi Azərbaycan Xronikası: Polad camaatı kənddə 16-cı əsrin əvvəllərindən yaşayır
Daxili siyasət00:14
Tramp: Tailand və Kambocanın liderləri döyüşləri dayandırmağa razılaşıblar
Digər ölkələr23:58