DÇ-2022: Ronaldu Azərbaycan millisi ilə oyuna çağırılıb

DÇ-2022: Ronaldu Azərbaycan millisi ilə oyuna çağırılıb Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya, Azərbaycan və Qətərlə yoldaşlı oyunları üçün heyəti bəlli olub.
Futbol
26 Avqust , 2021 15:01
DÇ-2022: Ronaldu Azərbaycan millisi ilə oyuna çağırılıb
Kriştianu Ronaldu

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlar, həmçinin Qətərlə yoldaşlıq matçı üçün heyəti bəlli olub.

"Report"un məlumatına görə, baş məşqçi Fernandu Santuş siyahıya 25 oyunçu daxil edib.

Onların arasında İtaliyanın "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldu da var.

Qapıçılar: Antoni Lopeş ("Lion", Fransa), Ruy Patrisiu ("Roma", İtaliya), Dioqu Koşta ("Portu")

Müdafiəçilər: Juan Kanselu ("Mançester Siti", İngiltərə) Rikardu Pereyra ("Lester", İngiltərə), Qonsalu İnasiu, ("Sportinq"), Dominquş Duarte ("Qranada", İspaniya), Pepe ("Portu"), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Rafael Gerreyru ("Borussiya" Dortmund, Almaniya), Nunu Mendeş ("Sportinq")

Yarımmüdafiəçilər: Danilu Pereyra (PSJ, Fransa), Juan Palinya ("Sportinq"), Ruben Neviş, Joau Moutinyo (hər ikisi "Vulverhempton", İngiltərə), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Juan Mariu ("Benfika"), Otaviu Menteiro ("Portu") Bernardu Silva ("Mançester Siti", İngiltərə)

Hücumçular: Andre Silva ("Leyptsiq", Almaniya), Kriştianu Ronaldu ("Yuventus", İtaliya), Dioqu Jota ("Liverpul", İngiltərə), Qonsalu Gedeş ("Valensiya", İspaniya), Pedru Qonsalveş ("Sportinq), Rafa Silva ("Benfika")

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi