DÇ-2022: Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

DÇ-2022: Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı Portuqaliya və Azərbaycan milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun I tur matçı başlayıb
Futbol
25 Mart , 2021 01:36
DÇ-2022: Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, A qrupunda yer alan Canni De Byazinin başçılıq etdiyi kollektiv İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. Görüş nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyun gözlənildiyi kimi portuqaliyalıların hücumları ilə başlayıb. Qapıçı Şahruddin Məhəmmədəliyev bir neçə epizodda komandasını qoldan xilas edib. O, əvvəlcə Joau Kanselunun, ardınca isə Kriştianu Ronaldunun zərbələrini zərərsizləşdirib. 19 və 27-ci dəqiqələrdə Dominquş Duarte qola yaxın olsa da, azacıq dəqiqlik çatışmayıb. Oyunda hesab 36-cı dəqiqədə açılıb. Kanselunun ötürməsindən sonra qolkiperin uzaqlaşdırmaq istədiyi top kapitan Maksim Medvedəvə dəyərək qapıya daxil olub.

İlk hissə Portuqaliya yığmasının minimal hesablı üstünlüyü ilə başa çatıb. Canni De Byazi ikinci yarıya 2 dəyişikliklə başlayıb. Fasilədən sonra Vüqar Mustafayevin yerinə İsmayıl İbrahimli, Abbas Hüseynovun əvəzinə isə Ukrayna “Minay”ının hücumçusu Anatoli Nuriyev oyuna daxil olub. Məhz bu əvəzetmələrdən sonra millinin oyunu müsbətə doğru dəyişib. Yığma rəqib qapısı qarşısında ilk təhlükəli vəziyyəti 50-ci dəqiqədə yaradıb. Standart vəziyyət zamanı hava ötürməsini Əli Qurbani başla çərçivəyə göndərsə də, top qapının üstündən keçib. Az sonra Anatoli Nuriyev fərqlənməyə yaxın olub. Lakin bu dəfə də onun zərbəsi qeyri-dəqiq alınıb. Komandalar son dəqiqələrdə qol vurmaq üçün çalışsalar da, hesab dəyişməyib və Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb.

Bu qarşılaşma ikinci hissədə meydana çıxan Anatoli Nuriyev və Aleksey İsayev üçün əlamətdar olub. Azərbaycan millisində ilk oyunlarını keçirən futbolçular yığmanın tarixinə müvafiq olaraq, 247 və 248-ci debütant kimi düşüblər.

Qeyd edək ki, bu qrupun digər oyununda Serbiya yığması evdə İrlandiyaya 3:2 hesabı ilə qalib gəlib.

00:49

DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya - Azərbaycan matçında ikinsi hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra hesab nominal meydan sahiblərinin xeyrinədir - 1:0.

00:33

DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya - Azərbaycan matçında birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Canni De Byazinin başçılıq etdiyi kollektiv 0:1 hesabı ilə uduzur.

Yeganə qol 36-cı dəqiqədə vurulub. Yığmanın kapitanı Maksim Medvedev topu öz qapısına göndərib.

00:21

DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya - Azərbaycan matçında hesab açılıb.

"Report"un məlumatına görə, 36-cı dəqiqədə yığmanın kapitanı Maksim Medvedev topu öz qapısına göndərib.

23:45

Portuqaliya və Azərbaycan milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun I tur matçı başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçirilir.

Qeyd edək ki, bu qrupun digər görüşündə Serbiya yığması evdə İrlandiya ilə üz-üzə gəlir.

Son xəbərlər

Orphus sistemi