Liverpul şəhər şurası koronavirusun yayılmasına görə Çempionlar Liqasındakı "Liverpul" - "Atletiko" (Madrid, İspaniya) görüşü ilə bağlı araşdırmaya başlayıb.
“Report” “Liverpool Echo” nəşrinə istinadən xəbər verir ki, araşdırma martın 11-də 1/8 final mərhələsinin İngiltərədə baş tutan cavab matçı ilə əlaqədardır.
Şəhər şurasının rəhbəri Jo Anderson Xalq Sağlamlığının müdiri Mettu Eştona məsələ ilə bağlı geniş araşdırma aparmağı tapşırıb. Bildirilib ki, həmin görüşə Madriddən 3 mindən çox ispaniyalı azarkeş gəlib.
Qeyd edək ki, “Atletiko” İspaniyada rəqibini 1:0 hesabı ilə üstələyib. Madrid təmsilçisi İngiltərədəki matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib. Çempionlar Liqasının oyunları koronavirusa görə dayandırılıb.