UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulub.
"Report"un məlumatına görə, bununla da qrupa son 3 vəsiqənin sahibi bəlli olub.
Fransadakı ilk oyunda Ukraynanın "Şaxtyor" komandasına 0:1 hesabı ilə uduzan "Monako səfərdə 2:1 hesablı qələbə qazanıb. Buna baxmayaraq qarşılaşmanın əlavə vaxtında fərqənən Donetsk təmsilçisi mərhələ adlayıb.
Moldova "Şerif"i Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olub. Evdəki oyunda 3:0 hesablı qələbə qazanan Tiraspol təmsilçisi qolsuz heç-heçəyə razılaşıb.
Digər matçda isə "Bröndbü" Danimarkada Avstriya "Zalsburq"a 1:2 hesabı ilə məğlub olub. Meydan sahibləri ilk görüşdə eyni hesabla uduzub.
Beləliklə, "Şaxtyor, "Şerif" və "Zalsburq" Çempionlar Liqasının, "Monako", "Dinamo" və "Bröndbü" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Monako" (Fransa) - 2:2
Qollar: Marlos, 74, Ruben Aguilar, 114 (Avtoqol) - Vissam Ben-Yedder, 18. 39
İlk oyun - 1:0
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova) - 0:0
İlk oyun - 0:3
23:00. "Bröndbü" (Danimarka) - "Zalsburq" (Avstriya) - 1:2
Qollar: Andreas Maxso, 62 - Benjamin Sesko, 4. Brenden Aaronson, 10
İlk oyun - 1:2
Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.