Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının təqvimi açıqlanıb
Futbol
- 10 avqust, 2022
- 08:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.
"Report"un məlumatına görə, "köhlən atlar" ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.
Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırıb.
Son xəbərlər
04:47
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl yop" mükafatçısı olub
Futbol
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region