Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi

Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı komandanın adına aydınlıq gəlib.
Futbol
19 Avqust , 2020 23:51
Çempionlar Liqası: Qarabağın növbəti rəqibi müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı komandanın adına aydınlıq gəlib.

"Report"un məlumatına görə, I raundda Lüksemburq təmsilçisi "Fola Eş"i 2:0 hesabı ilə məğlub edən Moldova "Şerif"i Azərbaycan çempionuna rəqib olub. Tiraspol klubuna qələbə qazandıran qolları 36-cı dəqiqədə Anatol Abanq, 80-ci dəqiqədə isə Andrey Lukiç vurublar.

Bu komandalar arasında qarşılaşma avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 20:00-da start götürəcək matçı qazaxıstanlı hakim Furkat Atajanov idarə edəcək. Ona yan xətt hakimləri Sergey Kalaçyov və Darhan Tulegenov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək. 

"Fola Eş" isə mübarizəni Avropa Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Makedoniya "Sileks"ini 4:0 ilə hesabı darmadağın edib.

Son xəbərlər

Orphus sistemi