Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlandı

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlandı UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Futbol
1982
29 Oktyabr , 2020 09:00
Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya "Atalanta"sında Duvan Zapata, İngiltərə "Mançester Yunayted"indən Markus Reşford, Fransa PSJ-sindən Moyze Kin və İspaniya "Atletiko"sundan Joau Feliş iddia edir.

Reşford qrup mərhələsinin II turunda Almaniya “Leyptsiq”inə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda "Başakşehir"i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.

Feliş Avstriya "Zaltsburq"unu 3:2 üstələdikləri matçda iki qol vurub, Zapata isə İtaliyada Niderland "Ayaks"ı ilə oyunda dubl edib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi