UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
"Report"un məlumatına görə, bu ada İspaniyanın "Real Madrid" klubundan Kərim Benzema, İngiltərənin "Çels"i komandasından N Qolo Kante, "Mançester Siti"dən Kevin De Bröyne və Fransa PSJ-sindən Anxel Di Mariya iddia edir.
Benzema evdə "Çelsi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçda fərqlənib. Kantenin həmin oyunda ötürmələrinin 86 faizi dəqiq alınıb.
De Bröyne səfərdə PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri görüşdə qol vurub. Di Mariya isə bu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli