UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna bu gün yekun vurulacaq.
“Report”un məlumatına görə, A, B, C və D qruplarında növbəti oyunlar keçiriləcək.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” favoritlərdən sayılan Almaniya çempionu “Bavariya”nın qonağı olacaq.
“Mançester Siti” (İngiltərə) və “Leyptsiq”dən (Almaniya) sonra daha 5 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirə bilər. Bunlar “Bavariya”, “Arsenal”, “Real”, “Real Sosyedad” və “İnter”dir.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
A qrupu
00:00. “Bavariya” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə)
Xal durumu: “Bavariya” – 9, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3, “Kopenhagen” – 1.
B qrupu
00:00. “Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya)
00:00. PSV (Niderland) – “Lans” (Fransa)
Xal durumu: “Arsenal” – 6, “Lans” – 5, “Sevilya” – 2, PSV – 2.
C qrupu
21:45. “Napoli” (İtaliya) – “Union” (Berlin, Almaniya)
00:00. “Real” (İspaniya) – “Braqa” (Portuqaliya)
Xal durumu: “Real” – 9, “Napoli” – 6, “Braqa” – 3, “Union” – 0.
D qrupu
21:45. “Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya)
00:00. “Zalsburq” (Avstriya) – “İnter” (İtaliya)
Xal durumu: “Real Sosyedad” – 7, “İnter” – 7, “Zalsburq” – 3, “Benfika” – 0.